SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Mərkəzi stadionun ot örtüyünün təminatı üçün su sistemi qurulur
Əziz Sabirabadlılar,
Mərkəzi stadionun ot örtüyünün təminatı üçün su sistemi qurulur. Bu günə qədər 100x90 metr olan stadionun ot örtüyünün suvarılması üçün su sistemi olmayıb. Su sistemin qurulması üçün 120 tonluq yeraltı su çəni, həmin suyu yüksək təzyiqlə ötürmək üçün böyük həcmli su matoru və yenə həmin suyu 9 min kvadrat metr əraziyə çiləmək imkanı olan aqreqatorlar lazımdır. Göründüyü kimi su sistemi çox vacibdir və həm də çox bahalıdır.
Bununla bağlı müxtəlif qurumlara etdiyimiz müraciətlərə müsbət cavab olmadığından, dəstək üçün Bakıda çalışan bir xeyirxah sahibkarla görüşdüm, xahiş etdim və özünü də stadiona baxış üçün gətirdim. Hazırda onun dəstəyi ilə stadiona su sistemi çəkilir. Sabirabadlı gənclərin inkişafına verdiyi dəstəyə görə ona minnətdarlığımı bildirirəm.
Eyni zamanda bu prosesin bütün mərhələlərində həmişə bizimlə olan və bu məsələyə xüsusi həssaslıqla yanaşan dostlarım Nadir Quliyev və Varis Rüstəmova təşəkkür edirəm.