MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

MM-də bəzi məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı, ona qulluq qaydası nümayiş etdirilib

17:06 25.06.2020



Elektron nəzarət cihazı və cihaza qulluq qaydası haqqında

Milli Məclisdə bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda ikinci oxunuşda müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə təqdimatla çıxış edən millət vəkili Kamal Cəfərov məlumat verib.

Cihazı nümayiş etdirən K. Cəfərov deyib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub: “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”.