MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Niderlandda Quranı Şərif parçalanaraq yanıdırılanda Avropa Şuraşı səssiz qaldı

13:38 25.01.2023



AŞPA-da Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü Zirvə görüşünə dair Assambleyanın təklifləri ilə bağlı məruzənin müzakirəsi zamanı çıxış etdim.
Çıxışımda bildirdim ki,
-Dünyadakı covid peyvəndlərinin 80%-i G20 ölkələrinə getdiyi halda, peyvəndlərin yalnız 0,6%-i aşağı gəlirli ölkələrə gedəndə;
-2020-ci ildə Fransada islamofob hücumlar 53% artanda;
-İki gün bundan əvvəl müsəlmanların müqəddəs kitabı Qurani-Kərim Hollandiyada parçalanaraq yandırılanda;
-Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il işğal altında saxlayanda;
-Ermənistan silahlı qüvvələri Xocalıda 613 dinc sakini vəhşicəsinə qətlə yetirəndə;
-Ermənistanın birinci xanımı 500-dən çox qadın və gənc qızın öldürüldüyü Tehranda qadınlarla bağlı PR konfransında iştirak edəndə;
Beynəlxalq təşkilatlar bütün bu ədalətsizliklərə göz yumdular, günahkarlarla bağlı vaxtında düzgün qərarlar qəbul etmədilər və ən yaxşı halda beynəlxalq hüququn prinsiplərini selektiv formada tətbiq etdilər.
Məsələn, beynəlxalq siyasi-maliyyə güc sahibləri Rusiyaya qarşı tətbiq etdikləri kimi, son 30 ildə beynəlxalq hüquqa əsaslanaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədilər. Bu onu göstərir ki, hətta müxtəlif müstəqil üzv dövlətlərin ərazi bütövlüyünü pozanlara qarşı da ayrı-seçkilik edilir