MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Prokurorluq orqanlarına qəbul olunan 57 namizədlə görüş keçirildi

16:50 15.12.2022



Bu gün prokurorluq orqanlarına qəbul olunan 57 namizədlə görüşdüm, onlara keçirilən icbari təlim çərçivəsində korrupsiyaya qarşı mübarizə siyasəti və etik davranış qaydaları ilə bağlı mühazirə keçdim. Hər birinə gələcək fəaliyyətlərində uğurlar arzu etdim.
 
Qeyd edim ki, müvəffəqiyyət əldə etmiş namizədlərdən 6 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilmişdir.
 
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin ən mühüm nəticələri sırasında prokurorluğa qulluğa qəbul olunmaq üçün müvəffəqiyyət qazanmış namizədlərin icbari təliminin məhz Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin maddi-texniki, resurs bazası hesabına təşkil edilməsi xüsusi olaraq qeyd olunmalıdır.