MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad Bazarı sığortalanır

10:47 04.09.2023



 
Əziz Sabirabadlılar,
 
Bildiyiniz kimi ötən ilin oktyabr ayında Sabirabad şəhərində yerləşən mərkəzi bazarda güclü yanğın baş vermişdi. Yanğın nəticəsində kiçik və orta sahibkarların demək olar ki, bütün məhsulları, avadanlıqları və malları yandı. Bazarda isə heç kim nə obyektini nə də malını sığorta etməmişdi.
 
Bu ilin yanvar ayında bazara baş çəkdim və sahibkarlar mənə dedi ki, onlar sığorta etmək istəyir, ancaq sığorta şirkətləri bazara girmək istəmir.
 
Bununla əlaqədar olaraq, "Azərsığorta" dövlət sığorta kommersiya şirkətinin rəhbəri Fərhad müəllimlə danışdım. Bazarda yüzlərlə sahibkarın olduğunu, bədbəxt bir hadisənin isə minlərlə insanın həyatına mənfi təsir göstərdiyini bildirdim. Fərhad müəllim dərhal yerli sığorta şöbəsinim rəhbərinə göstəriş verdi, eyni zamanda Bakıdan mütəxəssis göndərdi. Bazarda keçirilən görüşdə mən də iştirak etdim və böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, çox qısa zamanda bazarda sığorta işlərinə başlanılacaq.
 
Bazarda sahibkarlar da sığorta məsələsindən çox məmnun idi. Göstərdiyi çevik reaksiyaya və dəstəyə görə bütün bazar sahibkarları adından Fərhad müəllimə təşəkkürümüzü bildirirəm.