MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda Düşünən Azərbaycan Gənci layihəsinin yeni iştirakçıları ilə görüş keçirildi

10:26 18.11.2021



Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Sabirabadlı abituriyentlərə dəstək göstərdi.
Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 10 gənc layihəyə cəlb olunub. Onlar 1 il müddətində Kainat kurslarında pulsuz hazırlıq keçəcəklər.
Bu layihə çərçivəsində keçən il təhsil almış 12 Sabirabadlı gənc ali təhsil müəssisələrinə qəbul olub.
Həmkarım və dostum Raminlə birgə layihə iştirakçıları və onların ailələri ilə görüşdük, təhsilin əhəmiyyəti barədə danışdıq və hər kəsə uğurlar arzu etdik. Qeyd edim ki, bu il Raminin təşəbbüsü ilə 6 nəfər onun dairəsindən seçilib.
Bu layihənin reallaşmasında göstərdiyi mühüm dəstəyə görə həmkarım Soltan Məmmədova xüsusi təşəkkür edirik. Qeyd edək ki, hazırda oxşar layihə Şamaxı, Şəmkir və Xəzər rayonlarında həyata keçirilir.