SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad rayonunun bütün kəndlərinin internetlə təmin olunması barədə deputat sorğusu göndərildi
Əziz Sabirabadlılar,
Təşviqat zamanı və seçicilərimdən daxil olan çoxsaylı müraciətlərdən biri də Sabirabad rayonunda bir sıra kəndlərdə telefon və internet xəttinin olmaması ilə bağlı idi. Bildiyiniz kimi, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarına əsasən təhsil müəssisələrində tədris, bəzi iş yerlərində isə iş prosesi onlayn rejimə keçirilmişdir. Hazırda internetə təlabat və zərurət əvvəlkindən daha çoxdur.
Bununla əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə deputat sorğusu göndərdim. Ramin müəllimdən Qəzli, Yenikənd, Qaraqaşlı, Balvar, Qəfərli, Qaralı, Kovlar kəndləri üzrə həm internet, həm də telefon xətlərinin, Kürkəndi, Suqovşan, Yastıqobu, Əsədli, Axısxa kəndləri üzrə isə internet xətlərinin çəkilməsinə köməklik göstərməsini və nəticəsi barədə Milli Məclisə məlumat verməsini xahiş etdim.
Əziz Sabirabadlılar, Sizlərin hər bir müraciəti mənim üçün dəyərlidir, onların həlli mənim əsas amalımdır. Sizlərə söz verirəm ki, deputat səlahiyyətim çərçivəsində problemlərinizin həllinə nail olmağa çalışacam.