SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad rayonunun Mərkəzi Stadionunun ətrafında dairəvi asfalt örtüyü salındı və xətləndi
Əziz Sabirabadlılar,
Mərkəzi stadionun suvarma sistemi quruldu, 100 tonluq su hovuzu tikildi, 56 ton və 6 atmosfer gücü olan su motoru quraşdırıldı və 45 metr diametri suvara bilən su başlığı qoşuldu.
Sizlərə digər möhtəşəm xəbərim var. Stadionun ətrafında qaçış və velospied sürmək üçün 5 metr enində, 500 metr uzunluğunda dairəvi asfalt örtüyü salındı və xətləndi.
Bununla da Sabirabadda həm futbolun inkişafı həm də sağlam həyat tərzinin təbliği üçün yeni imkanlar yarandı.
Çox qısa zaman çərçivəsində Mil-Muğan regional gənclər və idman idarəsi tərəfindən regional futbol və qaçış yarışları təşkil ediləcək.
Suvarma sisteminin qurulmasına göstərdiyi dəstəyə görə xeyirxah sahibkarlara və 2500 kvadrat metr asfalt örtüyünün salınmasına görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH-nin sədri Saleh Məmmədova minnətdarlığımı bildirirəm.
Eyni zamanda daim bizimlə birgə olan və bu prosesə töfhə verən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Mil-Muğan regional gənclər və idman idarəsinin rəisi Nadir Quliyevə və YAP-ın Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmova təşəkkürümü bildirirəm.