MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunun təşkilinin 90-cı ildönümü

10:19 08.08.2020



Muğanın tarixi əsrlərə söykənir. Bu ərazinin böyük bir hissəsini təşkil edən Sabirabadda aparılan elmi araşdırmalar bu yerlərin qədim yaşayış məskəni olduğunu sübut etmişdir.
Sabirabad müxtəlif adlarla Muğan vilayətinin tərkibində olduğundan tarixi mənbələrdə ayrıca xatırlanmır. Yalnız XVI əsrin yazılı mənbələrində Cavad şəhərinin adı çəkilir. XVIII əsrin ortalarından isə Cavad xanlığının yaranması ilə bu ad tarixi mənbələrdə daha da möhkəmlənir.1868-ci ildə Bakı quberniyasının tərkibində Cavad qəzası təşkil olunur, 1888-ci ildə Cavad Petropavlovka adlandırılır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il mayın 1-dən 1929-cu il aprelin 8-dək Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərir.
1929-cu ilin aprelin 8-də VI ümumazərbaycan sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılır.1930-cu il avqustun ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 nömrəli qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovka Klassik Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.