SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdik.
Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış etdi.
Daha sonra mən də çıxış edərək, korrupsiyaya qarşı mübarizənin Heydər Əliyev üçün prinsipal məsələ olduğunu, istər Sovet Azərbaycanına istərsə də, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqaməti kimi həyata keçirdiyi islahatlar barədə məlumat verdim.
Konfrans zamanı çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Konfransda, həmçinin, rayon prokuroru Fəxrəddin Pənahov, məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.