SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad şəhərinin bazarında baş vermiş yanğından zərərçəkən sahibkarlar və bazarın rəhbərliyi ilə görüş keçirildi
Əziz Sabirabadlılar,
Sabirabad şəhərinin bazarında baş vermiş yanğından zərərçəkən sahibkarlar və bazarın rəhbərliyi Əli müəllimlə görüşdüm. Mənə bildirildi ki, bazarın rəhbərliyi tərəfindən bütün mağazalar tam təmir olunur və bu ilin sonuna kimi təmir prosesi başa çatacaq. Digər tərəfdən sahibkarlarla söhbət zamanı məlum oldu ki, sahibkarlar arasında sığorta etmək təcrübəsi olsa da, son 1-2 il ərzində heç kim sığorta etməyib. Sahibkarın biri mənə dedi ki, 2 il bundan əvvəl 80 manata illik sığorta etmişdi, təəssüf hissi ilə bildirdi ki, son 2 ildə sığorta etməyib.
Eyni zamanda bəzi sahibkarlar sığorta şirkətlərinin bazara girmədiyini və müəyyən mağazaları sığorta etməkdən imtina etdiyini bildirdi. Mən də sahibkarlara söz verdim ki, 2023-cü ilin əvvəlində Azərbaycan Sığortaçılar Assosiasiyası ilə danışacağam, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələrini Sabirabad şəhərinə dəvət edəcəyəm. Ən yaxşı təklifi edən şirkətlərlə sığorta müqaviləsi bağlanılacaq. Bütün sahibkarlar bu dəfə sığorta bağlayacağını bildirdi.