SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabada internet xəttinin çəkilişi davam edir
Sabirabada internet xəttinin çəkilişi davam edir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciətimizin nəticəsində 2022-ci ilin ilk günlərində Qəzli, Yenikənd və Kovlar kəndlərində optik internet olacaq.
Təmir tikinti işləri ilə yerində tanış oldum. Sonuncu dəfə 8 oktyabr tarixində 373 dirək basdırılmışdı, hazırda isə 733 dirək basdırılıb. Növbəti ildə isə Quruzma, Qaraqaşlı, Axısxa, Surra, Qaralı, Balvar, Qaralı, Qəfərli və Əsədli kəndlərinə internet xətti çəkiləcək. Bununla əlaqədar olaraq, Sabirabad rayon sakinləri adından Rəşad müəllimə bir daha təşəkkür edirik.
Rəşad müəllim həmçinin qeyd etdi ki, 2024-cü ilədək Azərbaycanın ən ucqar kəndinə də intetnet xətti çəkiləcək və bütün ölkə ərazisi optik internetlə təmin olunacaq.