MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Surra körpüsündə yenidənqurma işləri həyata keçirildi

10:30 21.02.2022



Sabirabad rayon sakinləri kimi, mən də Surra körpüsündən mütəmadi istifadə edirəm. Surra körpüsünün üzərindəki beton pillələrdəki əmələ gələn çatlar və dağılmaları mən də müşahidə eləmişdim və bu barədə rayon sakinləri də müraciət etmişdi.
 
Bizim müraciətimizi də nəzərə alaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 267 metr olan Surra körpüsünün təmiri üçün əraziyə işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlərə başlanıldı və bu həftə sonuna qədər bitəcək.
 
Müraciətimizə çevik reaksiya verdikləri üçün AAYDA-nın İdarə heyətinin sədri Saleh müəllimə təşəkkür edirik. Saleh müəllim qeyd etdi ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, AAYDA tərəfindən küçə və prospektlərdə, avtomobil yolların vəziyyəti daimi nəzarət edirlər və bu istiqamətdə kompleks tədbirlər icra olunmaqdadır.
 
Qeyd edim ki, Surra körpüsü ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1981-ci ildə inşa edilib.