SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Yastıqobu kəndinin girişindəki su kanalının üzərindəki körpünün mühafizə çəpərləri bərpa edildi
Əziz Sabirabadlılar, sonuncu dəfə Yastıqobu kəndinin sakinləri ilə görüş zamanı kəndin girişindəki su kanalının üzərindəki körpünün mühafizə çəpərlərinin yararsız olduğunu və avtomobil qəzalarına səbəb olmasını bildirdilər.
Bizim müraciətimiz əsasında Sabirabad Suvarma Sistemləri İdarəsi qısa müddət içərisində su kanalının üzərindəki körpünün çəpərlərini təhlükəsizlik qaydalarına uyğun bərpa etdi.
Yastıqobu kəndinin orta məktəbinin istilik problemi ilə bağlı bu həftə ərzində aidiyyəti qurumlarla görüşlərim olacaq.