MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Yekun tədbir keçirildi və hədəflər səsləndirildi

16:23 07.02.2020



Əziz Sabirabadlılar,

Bütün kəndlərə getmişəm, qapı-qapı gəzmişəm, ağsaqallarla, gənclərlə, səhiyyə, mədəniyyət, təhsil işçiləri ilə, həssas qrupa aid seçicilərimlə və imkan daxilində hər kəslə görüşmüşəm, ümumilikdə 50-yə yaxın görüş keçirmişəm. Bizim camaatı narahat edən bütün məsələləri yerində öyrənmişəm, özüm şahidi olmuşam.

Sizə söz verirəm ki, mənə etimad görsətsəniz, birincisi fəal deputat olacam, fəaliyyətimlə, iş prinsipimlə, rayona bağlılığımla digər həmkarlarıma nümunə olacam.
Gənc olsam da, yaxşı təhsilim, gənclər və QHT-lərlə iş sahəsində, o cümlədən 7 ilə yaxın dövlət qulluğu təcrübəm var. Bütün gücümü, enerjimi və bacarıqlarımı rayonumuzun problemlərinin həlli üçün səfərbər etməyə hazıram.

Bu günə kimi qarşıma qoyduğum bütün hədəflərimə çatmışam, arzularımı reallaşdırmışam. Deputat kimi rayonumuzla bağlı hədəflərim və arzularım var.

Bir arzum var, Sabirabadda Aqrar Dövlət Universiteti təsis edilsin, 10 min tələbəsi olsun, gənclər üçün böyük kitabaxanası olsun, gənclər üçün xarici dil kursları və məktəblilərə informatika kursları tədris edilsin.

Rayonumuzun bütün kommunal problemləri öz həllini tapsın, kanalizasiya sistemi yaradılsın, texniki və içməli su tam təmin edilsin. Təmirsiz məktəb və bağça, mədəniyyət evi qalmasın.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək strategiyasına uyğun olaraq sahibkarlar tərəfindən Sabirabad Mall inşa edilsin, yeni fabrik və zavodlar tikilsin, gənclər üçün yeni iş yerləri yaradılsın, gənclərin asudə vaxtının səmərəli təşkili üçün yeni imkanlar təmin edilsin.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük iqtisadi və sosial uğurlar əldə edib. Azərbaycan tarixdə olmadığı qədər müstəqil və güclüdür.

Əminəm ki, bundan sonra da bütün hədəflərimizə çatacağıq. O dur ki, hər birinizi Yeni Azərbaycan Partiyasının siyasətinə, onun gənc namizədi mənə - Kamal Cəfərova səs verməyə çağırırıam.