MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanununa təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olundu

17:29 03.05.2023



 
Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha effektiv qorunması məqsədi ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanununa təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olundu.
 
Belə ki, qanununun 18.2-ci maddəsində məhkəmə qərarına əsasən yetkinlik yaşına çatmayanların müvəqqəti təcridetmə mərkəzinə yerləşdirilməsi halları göstərilir. Dəyişikliyə əsasən bu cür məhkəmə qərarları çıxarılarkən bütün hallarda prokurorun iştirakının təmin edilməsi təklif edilir. Məqsəd insan hüquqlarının, bu halda yetkinlik yaşına çatmayanaların hüquqlarının müdafiəsini daha da gücləndirməkdir.
 
Eyni zamanda Cinayət-Prosesual Məcəlləsinin 435-1-ci maddəsində yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinin prosesual əsasları daha geniş və detallı müəyyən edildiyindən, Qanunun 22-ci maddəsi Cinayət Prosesual Məcəlləsinin 435-1-ci maddəsinə uyğunlaşdırılması təklif edilir.