MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını istəyir, ancaq adi işləri onlara qıymır" - plenar iclasda çıxış 

20:17 06.03.2024



Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını arzulayır, həm də ən sadə işləri onlara qıymır, yaraşdırmır.
 
Penitensiar Xidmətin rəhbərliyinin apardığı araşdırmaya əsasən azadlığa buraxılmış şəxslərin çox az faizi işə götürülür. İşə götürlənlər ən yaxşı halda ya restoranda ofisiant işləyir, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirlər. İş tapa bilməyənlər, sosial-iqtsadi vəziyyəti aşağı olanlar isə inteqrasiya oluna bilmirlər, əksinə cinayət törətməyə meyilli olurlar.
 
Ona görə də bu məsələdə ictimai təfəkkürün dəyişməyin vaxtıdır. Bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətinə yeni baxış lazımdır.