MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Milli Qurtuluş Günü Azərbaycanın xilas tarixidir

10:38 15.06.2024



Milli Qurtuluş Günü Azərbaycanın xilas tarixidir.
Qarabağda əldə etdiyimiz Böyük Zəfər, sosial-iqtisadi nailiyyətlər və əldə edəcəyimiz gələcək uğurların təməlində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğunu Azərbaycançılıq ideologiyası və dövlətçilik kimliyi dayanır.
Belə bir gündə əldə edəcəyimiz ən gözəl hədiyyədən biri də Heydər Əliyev Fondu tərəfindən hazırlanan “İz” sənədli filmidir.
 
Filmin konsepsiyası unikaldır. Bütün film boyu Heydər Əliyev sizin qarşınızda əyləşərək milli kimlikdən, dövlət idarəetməsindən, Qarabağdan, həyatdan, ailə dəyərlərindən danışır. Filmdən sonra hiss edirsən ki, ruhun durulaşır. Ulu Öndər vətəni, milləti necə sevmək lazımdır, onun üçün necə işləmək lazımdır, öz nümunəsində göstərir.
 
“İz” sənədli filminin ilk təqdimatı “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də baxaraq kövrəldiyi film də budur.
 
İndi isə bu film ilk dəfə olaraq bu gün saat 11-də Heydər Əliyev Fondunun youtube səhifəsində yayımlanacaq.
Bu cür gözəl film və təqdimat üçün Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edirəm.