MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindədir - plenar iclasda çıxış

10:28 20.04.2024



 
Korrupsiyaya qarşı mübarizədə parlament nəzarətinin ən fundamental həm də ən təsirli mexanizmlərindən biri Hesablama Palatasıdır.
 
Hesablama Palatası tərəfindən həyata keçirilmiş hədəfli, risk əsaslı və effektiv nəzarət tədbirləri bu sahədəki güclü anti-korrupsiya siyasətimizin uğurlarından hesab edirəm.
 
Korrupsiya elə bir fenomendir ki, iqtisadi inkişafından, dövlət idarəçiliyindən asılı olmayaraq bütün dünyada, bütün ölkələrdə mövcuddur. Qərb mediasının ikili standartları insanlarda belə bir güman yaradır ki, Skandinaviya və ya qərb ölkələrində korrupsiya yoxdur və ya çox aşağıdır.