SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Heydər Əliyev Siyasi Məktəbi" layihəsi elan edilir
Əziz Sabirabadlı gənclər,
Gənclər gününüz mübarək olsun. Gənclər günündə sizlərə yeni layihəmizin elanını təqdim etmək istəyirəm.
Bildiyiniz kimi, 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Bu il çərçivəsində keçiriləcək tədbirlərə töhfə vermək, eyni zamanda Sabirabadlı gənclərin liderlik bilik və bacarıqlarının inkişafına dəstək olmaq üçün "Heydər Əliyev Siyasi Məktəbi" layihəsini elan edirik.
“Heydər Əliyev Siyasi Məktəbi” layihəsi çərçivəsində Sabirabad rayonundan seçilən gənclər üçün ayda bir dəfə olmaqla Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə həm Respublika səviyyəsində, həm də Sabirabad rayonunda Ulu Öndərin siyasətinin həyata keçirilməsində iştirak etmiş, yüksək vəzifələri icra etmiş şəxslər ilə görüşlər təşkil ediləcək, onlar öz dərin təcrübələrini layihə iştirakçıları ilə bölüşəcəklər.
Həmçinin, “Heydər Əliyev siyasi məktəbi” layihəsi çərçivəsində layihə iştirakçılarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə fərqli sahələrdə ixtisasartırma kursları təşkil ediləcək, layihə iştirakçıları rayonun və ölkənin ictimai həyatında daha aktiv iştirak etməyə təşviq ediləcəklər.
Layihənin iştirakçısı seçilmək üçün Sabirabad rayonundan olan gənclər (16-35 yaş) [email protected] ünvanına 300 sözdən ibarət olan, “Heydər Əliyev siyasi məktəbi” layihəsinə qoşulmaq üçün motivasiyası barədə məktub göndərməlidirlər.
Müraciət üçün son tarix: 16 fevral 2023 saat 23:59