MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadlı gənclər Xalq yazıçıları Anar və Elmira Axundova ilə görüşdü

10:33 27.11.2023



 
 
Sabirabadlı gənclər Xalq yazıçıları Anar və Elmira Axundova ilə görüşdü.
 
Milli Məclisin deputatı Kamal Cəfərov və PASHA Holding MMC-nin dəstəyi ilə həyata keçirilən "Heydər Əliyev Siyasi Məktəbi" layihəsinin 5-ci hissəsi (1987-1993-cü illər) Azərbaycan Yazıçılar Birliyində keçirilib.
 
Görüşdə Xalq yazıçıları Anar və Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevə həsr etdikləri kitabların təqdimatı keçirildi. 1987-1993-cü illərdə Azərbaycan xalqının keçdiyi məşəqqətli və keşməkeşli dövr geniş müzakirə edildi.
 
Xalq yazıçıları bildirdi ki, əgər Heydər Əliyev 1991-ci ildə hakimiyyətdə olardısa, nə Qarabağı itirərdik, nə də xalqımız daxili münaqişələrlə üzləşərdi. Anar həmçinin Heydər Əliyevin müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafına verdiyi töhfədən, xalqın intellektuallarına göstərdiyi səmimi qayğıdan danışdı.
 
Xalq yazıçıları qeyd etdi ki, Heydər Əliyevin özümqədər inandığım dediyi Azərbaycanın Müzəffər Sərkərdəsi İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad edildib və bu gün Azərbaycan tarixdə olmadığı qədər qüdrətli və müstəqildir. Daha sonra xalq yazıçıları layihə iştirakçılarının suallarını cavablandırdılar.
 
Qeyd edək ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, ulu öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrənilir.
 
Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhərində keçirilib), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyasında keçirilib), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhərində keçirilib), dördüncü dövr Kremldə çalışdığı illər (Heydər Əliyevin köməkçisi Camal Camalovun geniş müsahibəsi hazırlanıb), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Azərbaycan Yazıçılar Birliyində keçirilib) dövrləri əhatə edib.
 
Sonuncu dövr isə 1993-2003-cü illəri əhatə edəcək.