SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Heydər Əliyev siyasi məktəbi" layihəsinə başlanıldı
"Heydər Əliyev siyasi məktəbi" layihəsinə başlanıldı.
Mənim təşəbbüsüm və "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə "Heydər Əliyev Siyasi Məktəbi" layihəsi başlanıldı.
Layihənin məqsədi Ulu Öndər Heydər Əliyevin milli mənafeyi rəhbər tutuaraq müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasları barədə yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.
Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək.
Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycana rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovetlər İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.
Eyni zamanda layihə çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək.
Hazırda 15 nəfər layihə iştirakçısı seçilib və müvafiq hazırlıqlara başlanıldı. Layihənin birinci hissəsinin cari ilin may ayında Naxçıvan şəhərində keçirilməsi planlaşdırılır.