SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Heydər Əliyev Siyasi Məktəbi"nin iştirakçıları DTX Akademiyasında
"Heydər Əliyev Siyasi Məktəbi"nin iştirakçıları DTX Akademiyasında
Bizin təşəbbüsümüz və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 2-ci hissəsi Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirildi.
2-ci hissənin mövzusu Ulu Öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı idi. Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev işlədiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını və mənafeyini qoruyub, hər şeydən üstün utub.
O, Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladıqdan sonra 1937-38-ci illərdə repressiyaya məruz qalan minlərlə Azərbaycanlının cinayət işlərini aparan təhlükəsizlik əməkdaşlarını işdən çıxardığını, həbsləri üçün təqdimat verdiyini, repressiyaya məruz qalan azərbaycanlıları hüquqi reabilitasiya etdiyini, eyni zamanda işlədiyi dövrdə azərbaycanlı ziyalıları həmişə himayə etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə heç kim anti-sovet təbliğatı və dissident maddələri ilə nəinki həbs, heç ittiham belə edilməyib.
Daha sonra DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışarkən həyata keçirdiyi "Naturalist", "Duel", "Axito", "Alagöz" əməliyyatları barədə danışıb, layihə iştirakçılarının suallarını cavablandırıb.
Layihə iştirakçıları Akademiyanın muzeyi ilə tanış oldular. Muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.
Göstərilən dəstək və yüksək səviyyəli təşkilatçılıq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığımı bildirirəm.