SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Sabirabad rayonunun kəndlərinin qazlaşdırılması barədə" - plenar iclasda çıxış
Əziz Sabirabadlılar, cari ilin avqust ayında təşviqat zamanı 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin kəndlərində görüşlər keçirərkən, kənd camaatının ən çox narahat edən məsələ də 11 kəndin hələ də qaz təhcizatı ilə təmin edilməməsi idi. Bununla bağlı seçkidən dərhal sonra Azəriqaz İB-nin rəhbərliyi ilə görüşdüm, kənd camaatını narahat edən məsələləri araşdırdım. Mənə bildirildi ki, son bir neçə ilə qədər kəndlərin qazlaşdırılması prosesi dövlət büdcəsi hesabına edilirdisə, hazırda bu mərhələli formada Azəriqaz İB-nin daxili maliyyə resursları hesabına həyata keçirilir. Bu təqdirəlayiq olsa da, qazlaşdırlma prosesi daha çox vaxt aparır. Ona görə də Azərbaycan Respublikasının Baş Nazirinin və Hökumət üzvlərinin iştirakı ilə keçirilən dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələni qaldırdım və xahiş etdim ki, qazlaşdırılma prosesi surətləndirilsin və buna qədər hazırda Sabirabadın 11 kəndinin camaatının bu gün üzləşdiyi çətinliyin yüngülləşdirilməsi üçün səyyar qaz satışlarının həmin kəndlərdə təşkil edilsin.