MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Şəhriyar kənd orta məktəbinin təmir edilməsi barədə" - plenar iclasda çıxış

11:30 27.11.2024



Əziz Sabirabadlılar, təşviqat zamanı Şəhriyar kəndində görüş zamanı ağsaqqallar və kənd camaatı bir nömrəli müraciəti Şəhriyar kənd orta məktəbi ilə bağlıdır. Şəhriyar kənd orta məktəbi qəzalı vəziyyətdədir, məktəb binası uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən tam yararsız vəziyyətə düşüb. Mən o zaman söz verdim ki, Baş Nazir və Elm və Təhsil Naziri Milli Məclisə gələndə bu məsələni qaldıracağam. Dövlət büdcəsinin müzakirəsini zamanı bu məsələni də qaldırdım və xahiş etdim ki, bu problemin növbəti ilin dövlət investisiya proqramı çərçivəsində həllinə nail olsun. Əziz Sabirabadlılar, bu məsələnin icrasını daim nəzarətdə saxlayacağam.