MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Vəkillər Kollegiyası islahatların ən çox həyata keçirildiyi qurumlardan biridir" - plenar iclasda çıxış

10:00 09.06.2021



Dünən plenar iclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabadda şəhid ailələri və qazilər üçün keçirilmiş pulsuz hüquqi yardım layihəsi barədə məlumat verdim.
Vəkillər Kollegiyasının sədri Anar müəllim telefon əlaqəsində bildirdi ki, millət vəkillərinin şəhid ailələri və qazilərlə bağlı istənilən müraciətinə müsbət cavab veriləcək.
Bu cür proaktiv yanaşmasına görə Anar müəllimə təşəkkür edirəm. Bu bir daha göstərdi ki, Vəkillər Kollegiyası ölkəmizdə islahatların ən çox həyata keçirildiyi qurumlardan biridir.
Buradan bir daha Şahmar Məmmədova, o cümlədən Fuad Şirinova, Araz Həsənova, Faiq Dünyamalıyeva, Pərviz Musayevə və Mehman İsmayılova xüsusi təşəkkür edirəm.