SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Vestnik Kavkaza” İnformasiya Analitik Agentliyinin ingilis dili versiyasının baş redaktoru Marina Laqutina ilə görüş keçirilib
5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ilə "Vestnik Kavkaza” İnformasiya Analitik Agentliyinin ingilis dili versiyasının baş redaktoru Marina Laqutina arasında görüş keçirilib.
Görüş zamanı Kamal Cəfərov bildirib ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir. İcma bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etsə də, diloqa çağırış cəhdləri cavabsız qalır.