MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

02 noyabr tarixində Sabirabad rayonunda növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirildi

11:47 03.11.2023



 
Bizim təşəbbüsümüz və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda bu günə qədər 8, bu il ərzində isə sayca 3-cü ödənişsiz hüquqi yardım aksiyası keçirdik.
 
Görüşdə 31 vətəndaşın 38 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı hüquq-mühafizə orqanlarına, məhkəmələrə və mediasiya təşkilatlarına müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
 
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədova, vəkillər Araz Həsənov, Faiq Dünyamalıyev və Hikmət Nəsirova xüsusi təşəkkür edirik.