SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli Qurtuluş Günü münasibətilə Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda yaşayan vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir
Milli Qurtuluş Günü münasibətilə Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda yaşayan vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.
Görüşdə 24 vətəndaşın 26 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association sədri Anar Bağırova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, vəkillər Araz Həsənov, Fuad Şirinov və Mehman İsmayılova xüsusi təşəkkür edirik.