SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
12 avqust tarixində Sabirabad rayonunda növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcəkdir
Əziz Sabirabadlılar,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda pulsuz hüquqi yardım aksiyası keçiriləcək. Vətəndaşların rahat qəbulu üçün şərait və vaxt bölgüsü təmin edilib. Mən özüm də vəkilləri müşayiət edəcəm.
Həmçinin məlumat vermək istəyərdim ki, 03 iyun tarixində keçirilmiş hüquqi yardım aksiyasında şəhid ailələri və qazilər tərəfindən ümumilikdə 72 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər hər biri nəzarətə götürülmüş və həll edilməsi üçün onlardan 61-i mərkəzi icra hakimiyyəti orqanlarına, 11-i isə yerli icra hakimiyyəti orqanına ünvanlamışdır. Bir çox məsələ artıq həllini tapmış, digərlərinin həlli yolunda işlər aparılır.
Göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Anar müəllimə bir daha təşəkkür edirəm.