SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
12 avqust tarixində Sabirabad rayonunda növbəti pulsuz hüquqi yardım askiyası keçirilmişdir
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə #Sabirabad rayonunda ikinci dəfə vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 45 vətəndaşın 52 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən Femida vəkil bürosunun müdiri Pənah Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Xəyyam Yaqubov, Rauf Əzimov və Tural Qasımova təşəkkür edirik.