MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2022-ci ildə Hökumətin Hesabatına dair rəy

18:47 17.03.2023



- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad edildi. Biz tam əminik ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə biz də öz dədə-baba torpaqlarımıza, Qərbi Azərbaycana sülhlə qayıdacağıq. Bununla bağlı ciddi siyasi iradə var. Qərbi Azərbaycan İcması formalaşıb, İcma tərəfindən Qayıdış konsepsiyası hazırlanaraq, ictimaiyyətə təqdim edilib.

 

-Milli Məclisin plenar iclasında Hökumətin Hesabatının müzakirəsi zamanı cənab Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin diqqətinə təmsil etdiyim Sabirabad rayonu və qonşu rayonlar Saatlı, İmişli və Biləsuvar rayonlarının su problemi çatdırıldı.

 

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ildə də peşəkarlıqla, əzmlə çalışıblar.