MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

21 sentyabr tarixində Sabirabad rayonunda növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcəkdir

14:18 17.09.2021



Əziz Sabirabadlılar,
Sizə məruzə etmək istəyirəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə sentyabr ayının 21-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək. Rayon vətəndaşlarına istənilən məsələdə pulsuz hüquqi yardım göstəriləcək. Artıq bütün vətəndaşların rahat qəbulu üçün şərait və vaxt bölgüsü təmin edilib. Mən özüm də vəkilləri müşayiət edəcəm.
Həmçinin məlumat vermək istəyərdim ki, 12 avqust tarixində keçirilmiş hüquqi yardım aksiyasında vətəndaşlar tərəfindən ümumilikdə 52 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər hər biri nəzarətə götürülüşmüş və həll edilməsi üçün onlardan 48-i mərkəzi icra hakimiyyəti orqanlarına, 4-ü isə yerli icra hakimiyyəti orqanına ünvanlamışdır. Bir çox məsələ artıq həllini tapmış, digərlərinin həlli yolunda işlər aparılır.
Göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Anar müəllimə xüsusi təşəkkürümü bildirirəm.