MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Deputat Kamal Cəfərov: 15 oktyabr Azərbaycan günü elan edilsin!

11:25 17.10.2023



 
Deputat Kamal Cəfərov: 15 oktyabr Azərbaycan günü elan edilsin!
 
Bir neçə gün sonra Azərbaycan müstəqiliiyinin bərpasının 33-cü ilinə qədəm qoyacaq. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır.
 
Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyə əsasən dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır. Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsil dəyişimi, intellekt dəyişimi baş verir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır.
 
Bu elə yaşdır ki, gərək xalq olaraq başımıza gələn hadisələrlə, sınaqlarla və şəxslərlə bağlı obyektiv təhlili aparıb, düzgün nəticə çıxardaq.
 
Birinici obyektiv nəticə ondan ibarətdir ki, Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi.
İkincisi biz Cumhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Tarixi hadisələrə düzgün ictimai-siyasi qiymət verməliyik, xalqımızı daim maarifləndirməliyik ki, gələcəyə də uğurla gedə bilək. Çünki bunun üçün nəhəng təməllərimiz var. Və bunu deməyə çox əsasımız var.
 
Fəxrlə deyə bilərik ki, Azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
 
Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı uca və əzəmət sahibi edən İlham Əliyev olub.
Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub.
 
Bu irs bizim bəxtimizdir, bu irs bizim milli sərvətimizdir. Bunu qorumaq isə əsl vətəndaşın öz canından artıqdır.
 
Prezident İlham Əliyev Xankəndində çıxşında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi fəxr edəcəklər.
 
Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan günü elan edilsin, bayram olsun.