MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Söyüş müxalifətinə dəstək verən məmurlar elə cəzalandırılmalıdır ki, görk olsun!

21:18 29.05.2024



 
Söyüşü də, şantajı da, siyasətə Əli Kərimov və onun ətrafındakılar gətirib.
 
Bugünkü söyüş müxalifəti də məhz Əli Kərimovun xidmətlərinin nəticəsidir.
 
Tural Sadıqlı və digərləri də Əli Kərimovun əsasını qoyduğu xətlə gedirlər.
 
Xüsusilə xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin əsas sponsorları isə Azərbaycanın böyük zəfərini qəbul edə bilməyən, bu gün Qafqaz regionunu qarşıdırmağa çalışan beynəlxalq təşkilatlardır.
 
Onlar Azərbaycana qarşı, Müzəffər liderimiz İlham Əliyevə qarşı, böyük zəfərimizə qarşı, şəhidlərimizin ruhuna qarşı olan bütün təşəbbüsləri maliyyələşdirirlər.
 
Onlara xidmət edənlər isə elə xalqımızın belində çıxan çibanlardır.
 
Son zamanlar hüquq-mühafizə orqanları onların ölkə daxilindəki şəbəkəsini və qeyri-qanuni əməllərini ifşa etdi.
İndi mətbuatda məlumatlar gedir ki, bəzi məmurlar da həmin söyüş müxalifətinə maliyyə yardımı göstərib.
 
Səbəbindən asılı olmayaraq, bu cür məmurlar ən ağır formada cəzalandırılmalı və ifşa olunmalıdırlar. Şəxsi nüfuzunu Azərbaycanın milli maraqlarından və ali rəhbərliyindən üstün tutan istənilən məmur xəyanət içərisindədir.
 
Eyni zamanda hakimiyyət daxili məqsədlər üçün, rəqiblərini “vurmaq” xatirinə söyüş müxalifətindən istifadə edənlər, onlara məlumat ötürənlər, onları saxlayanlar da Əliyev irsinə xəyanət içərisindədilər.
 
Bu çirkin oyunda iştirak edən çibanlar, özünü “ağıllı” hesab edən məmurlar elə cəzalandırmalıdır ki, görk olmalıdır. Bir də heç kim bu cür xəyanətə cəsarət etməsin.