SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
ABŞ-ın Azərbaycana qarşı qərəzli və ədalətsiz addımları beynəlxalq hüquqa ziddir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi. Bu böyük zəfər yalnız Azərbaycanın milli maraqlarını deyil, həm də beynəlxalq hüququn üstünlüyünü təsdiqlədi.
Bu qələbə regionda sülh və sabitlik üçün yeni bir səhifə açdı və Azərbaycan dünyaya öz gücünü, iradəsini və ədalətə sadiqliyini nümayiş etdirdi.
2023-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etməsi, beynəlxalq ictimaiyyətin ölkəmizin qlobal proseslərdəki əhəmiyyətinə inamını bir daha sübut etdi. Ancaq buna baxmayaraq, bəzi xarici qüvvələr, xüsusilə ABŞ Konqresinin bəzi üzvləri, ölkəmizə təzyiq göstərməyə cəhd edirlər.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu əsassız təzyiqlər Azərbaycan xalqının və dövlətinin iradəsinə təsir edə bilməz.
Azərbaycanın gücü, ədalət və sabitliyi təmin etmək yolundakı qətiyyətli mövqeyi dəyişməz olaraq qalacaq. Xaricdən regionda yeni münaqişələr yaratmağa çalışanlar və ikiüzlü siyasət yürüdən qüvvələr bu iradəyə mane ola bilməz.
Xalqımızın maraqları hər zaman ən yüksək səviyyədə qorunub və bundan sonra da qorunacaq. Beynəlxalq hüquqa qarşı yönəlmiş istənilən təxribatlara qarşı mübarizə aparılacaq və ədalət hər zaman qalib gələcək.
ABŞ-ın Azərbaycana qarşı qərəzli və ədalətsiz addımları isə beynəlxalq hüquqa ziddir. Buna qarşı olaraq, biz, Milli Məclisin bir sıra deputatları, Xarici İşlər Nazirliyimizdən konkret və qətiyyətli tədbirlər görülməsi üçün müraciət etdik.
İlk növbədə, ABŞ-la müdafiə və hərbi sahədə əməkdaşlıq sazişlərinin ləğvini, USAİD-in Azərbaycandakı fəaliyyətinin dayandırılmasını və yeni layihələrin qarşısının alınmasını xahiş etdik.
Azərbaycan heç vaxt təzyiqlərə boyun əyməyib və xalqımıza qarşı yönəlmiş haqsızlıqlara həmişə layiqli cavab verib. Xalqımızın iradəsi sarsılmazdır, vətənimizin suverenliyi isə heç bir qüvvə tərəfindən təhdid edilə bilməz.