SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Dövlət qulluğu haqqında” qanun layihəsində dəyişikliklər Komitə iclasında ikinci oxunuşda təqdim edilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Komitənin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov “Dövlət qulluğu haqqında” qanun layihəsində dəyişikliklər edilməsi ilə bağlı sənədi ikinci oxunuşda təqdim edib.
Deputat bildirib ki, layihənin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Sənəddə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir.
Deputatlardan Qüdrət Həsənquliyev, Erkin Qədirli, Əminə Ağazadə, Etibar Əliyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Vüqar Əsgərov sənədlə bağlı fikir mübadiləsi aparıblar, qanun layihəsinin əhəmiyyəti barədə danışılıb