MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Hesabat: VI hissə

20:23 12.08.2024



 

 

“Düşünən Azərbaycan Gənci” layihəsi çərçivəsində sosial təminatı aşağı, ancaq potensialı yüksək olan 30 şagirdi bir il müddətində ali təhsil müəssisələrinin qəbul imtahanlarına pulsuz hazırlaşdırdıq. Ödənişli əsaslarla qəbul olunan gənclərə dəstək olduq. Əlbəttə bu rəqəm hər il Sabirabadda məktəbi bitirən 1000 şagirdə münasibətdə bir faizdir. Ancaq ola bilər ki, bu gənclərin arasında elə şəxslər çıxsın ki, onlar nəinki Sabirabada, bütün Azərbaycana nümunə ola bilərlər. Onlar dünya şöhrətli alim, gələcəyin böyük iş adamı və ya yüksək vəzifə sahibi ola bilərlər. Bu layihənin reallaşmasında dəstək olan bütün özəl qurumlara və fondlara minnətdarlığımı bildirirəm.