MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadda tanınmış türk sahibkar Ozay Gokuşla görüş keçirildi

14:47 29.08.2024



Sabirabadda tanınmış türk sahibkar Ozay Gokuşla görüşdüm. Ozay bey Sabirabadın Sənaye Məhəlləsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində pambıq emalı zavodunu qurub. Zavodun istehsal gücü 8 min ton mahıc, 10 min ton texniki çiyiddir. İşçi sayı 80 nəfər olacaq. Eyni zamanda pambıq əkin sahələrində mövsümü işçi sayı 90 nəfərdir. Xeyli danışdıq, müzakirələr apardıq. Ozay bey söz verdi ki, inşallah növbəti mərhələdə Sabirabadda iplik və pambıq yağı zavodlarını da quracaq. Daha çox iş yerləri açacaq.