MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

MSK-nın son nəticələrinə əsasən 68 saylı Sabirabad-Şirvan seçki dairəsində 59.4% faizlə lider namizəd Kamal Cəfərovdur

15:24 02.09.2024



Milli Məclisə növbədənkənar seçkilər tarixdə ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində baş tutdu və bu seçkilər tarixdə Azərbaycan xalqının növbəti zəfəri kimi düşəcək.
 
MSK-nın son nəticələrinə əsasən 68 saylı Sabirabad-Şirvan seçki dairəsində 59.4% faizlə lider namizəd olduq.

Əziz Sabirabadlılar, mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm və sizlərə söz verdiyim ki, fəal deputat olmağa, sizləri narahat edən məsələləri həm Milli Məclisdə həm də aidiyyəri qurumlar qarşısında qaldırmağa davam edəcəyəm. Sizlərə verdiyim vədləri yerinə yetirəcəyəm, buna heç bir şübhəniz olmasın.

Bu prosesdə dəstək göstərən seçki qərargahımızın üzvlərinə, könüllülərimizə və bütün dostlarımıza təşəkkürümü bildirirəm.