MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 2-ci hissəsində 2-ci Yüksəliş müsabiqəsinin qalibləri layihə iştirakçılarına təlimlər keçiblər

15:23 05.06.2023



 
“Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 2-ci hissəsində 2-ci “ Yüksəliş müsabiqəsinin qalibləri Mehriban Rəsulova və Camal Nağıyev layihə iştirakçılarına “Şəxsi inkişaf proqramı nə üçün lazımdır?” və “Şəxsi inkişaf alətləri nələrdir?” mövzusunda təlimlər keçiblər.
 
İstirahət günü Sabirabadlı gənclərə keçdikdikləri çox faydalı təlimlərə görə Mehriban xanıma və Camal bəyə təşəkkürümü bildirirəm.
 
"Heydər Əliyev Siyasi Məktəbi" layihəsinin Naxçıvanda keçirilən hissəsində 2-ci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Arzu Tairquliyeva-Nağıyeva layihə iştirakçılarına “Şəxsi inkişaf proqramı nə üçün lazımdır?” və “Şəxsi inkişaf alətləri nələrdir?” mövzusunda təlimlər keçdi.
 
Bu cür təlimlərlə "Yüksəliş" müsabiqəsinin cəmiyyətin və dövlətin inkişafına verəcəyi töhfədə yeni bir fayda yarandı. Qaliblər qazandığı bilik və təcrübəni regiondakı gənclərə ötürürlər. Onların inkişafına dəstək olurlar.
 
Ona görə də tam əminliklə demək olar ki, Sabirabadlı gənclərin yüksəliş proqramı da "Heydər Əliyev siyasi məktəbi" layihəsidir.