SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 3-cü hissəsi Sabirabad şəhərində keçirilib
Bizim təşəbbüsümüz və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 3-cü hissəsi Sabirabad şəhərində keçirilib. 3-cü hissənin mövzusu Ulu Öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü əhatə edir. Görüşün Sabirabad şəhərində keçirilməsinin əsas səbəbi Heydər Əliyevin yalnız Sovet zamanında Sabirabada 14 dəfə səfər etməsidir.
Sabirabad şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının sabiq baş naziri, xarici işlər naziri Həsən Həsənov "Heydər Əliyev Siyasi Məktəbi"nin iştirakçıları ilə görüşdü. Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin idarəçilik keyfiyyətləri və Sovet Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, ədəbiyyatına verdiyi misilsiz töfhələrdən danışdı.
Gənclərin "Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi necə olardı?" sualına cavab olaraq bildirdi ki:
Yaranmış gərginlik arta və nəticəsi acınacaqlı, hətta xalqımız üçün çox faciəvi ola bilərdi. Daxildə parçalanma daha da sürətlənmişdi. Vətəndaş müharibəsi geniş miqyas ala bilərdi. Sonralar, Heydər Əliyevin hakimiyyətə qayıdışını parlamentdə müzakirə edib, o günü bayram elan etmək istəyəndə, bəziləri deyirdi ki, “nə üçün biz onun qayıdış tarixini Qurtuluş Günü kimi qeyd etməliyik? Biz nədən qurtulmuşuq?” Onda mən parlamentdə çıxış etdim və bu günün nə üçün bayram kimi qeyd edilməsini şərtləndirən 25-dən çox səbəb göstərdim. Heydər Əliyev gəlməsəydi, bəlkə də Azərbaycandan sınıq-salxaq vəziyyətdə nəsə qalardı, bəlkə də heç nə qalmazdı.
O, eyni zamanda Heydər Əliyevin çoxillik titanik fəaliyyətinə həsr etdiyi yeni kitabını gənclərə hədiyyə etdi