SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin Naxçıvan şəhərində açılış mərasimi keçirildi
"PAŞA Holding" MMC-nin dəstəyi ilə başladığımız “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin Naxçıvan şəhərində açılışı oldu.
Tədbirdə açılışı nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Ulu Öndər Heydər Əliyevin çalışdığı bütün dövrlərdə və bütün həyatı boyu Azərbaycan xalqının hüquqlarını qoruduğunu bildirdi. O qeyd etdi ki, məhz Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi üçün Naxçıvan işğala məruz qalmadı, Naxçıvanı ağır sosial-iqtisadi vəziyyətdən çıxdı. İlk dəfə olaraq üçrəngli bayrağımız Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev layihənin 1-ci hissəsinə uyğun olaraq Heydər Əliyevin gənclik və tələbəlik illəri barədə geniş məlumat verdi. Heydər Əliyevin müəllimləri Lətif Hüseynzadə, Şeyx Məhəmməd Rasizadə, Tofiq Bəktaşı, Həsənbəy Qazıyev və tələbə dostları ilə münasibətləri barədə heç bir yerdə yazılmayan xatirələrdən danışdı.
Tədbirdə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə Ümummmilli Lider Heydər Əliyevin təhsil və elmin inkişafına verdiyi töhfələrdən, elm xadimlərinə verdiyi dəstəkdən danışdı.
Tədbir çərçivəsində layihə iştirakçıları Heydər Əliyevin tələbəlik və gənclik illərini əks etdirən eksponatlar, materiallarla tanış oldular. Onun təşəbbüsü ilə inşa edilən obyektlərə baş çəkdilər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm.