SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Konstitusiya günü münasibəti ilə Sabirabadda 15 noyabr tarixində pulsuz hüquqi yardım layihəsi həyata keçiriləcək
Konstitusiya günü münasibəti ilə Sabirabadda pulsuz hüquqi yardım layihəsi həyata keçiriləcək.
Əziz Sabirabadlılar, sizə məruzə etmək istəyirəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə noyabr ayının 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində Konstitusiya gününə həsr edilmiş növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək.
Pulsuz hüquqi yardımdan faydalanmaq istəyən şəxslərdən xahiş edirəm ki, rahat qəbul və vaxt itkisinin qarşısını almaq məqsədi ilə köməkçim Varislə telefon əlaqəsi yaradın.
Həmçinin məlumat vermək istəyərdim ki, 21 sentyabr tarixində keçirilmiş hüquqi yardım layihəsində vətəndaşlar tərəfindən ümumilikdə 41 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər hər biri nəzarətə götürülmüş və həll edilməsi üçün onlardan 37-si mərkəzi icra hakimiyyəti orqanlarına, 4-ü isə yerli icra hakimiyyəti orqanına ünvanlamışdır. Bir çox məsələ artıq həllini tapmış, digərlərinin həlli yolunda işlər aparılır.
Göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Anar müəllimə xüsusi təşəkkürümü bildirirəm.