SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi təqdim olunub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir.
Ə. Hüseynli qeyd edib ki, Azərbaycan Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun intizam məsələlərini özündə ehtiva edir: “Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr verib. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi”.
Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov nəzərə çatdırıb ki, layihənin hazırlanmasına bu ilin aprel ayında başlanılıb. Layihə 9 maddədən ibarətdir. Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılması qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər öz əksini tapıb.