MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Moranlı, Sərxanbəyli və Balahəşimxanlı kəndlərinin sakinləri ilə görüş keçirildi

10:05 28.08.2024



Təşviqatımız davam edir. Növbəti görüşümüz Moranlı, Sərxanbəyli və Balahəşimxanlı kəndlərinin sakinləri ilə keçirildi.

Bütün görüşlərdə seçicilərə deyirəm ki, kim gəlib sizə vəd versə ki, məktəb tikəcəm, yol çəkdirəcəm, ona inanmayın, yalan danışır. Mən desəm, mənə də inanmayın. Məktəblər də, yollar da, Cənab Prezident tərəfindən təsdiq edilən dövlət investisiya proqramları çərçivəsində inşa edilir, düzəlir.

Deputat isə sizləri narahat edən məsələləri Milli Məclisdə qaldıra bilər, hökumət üzvlərinə deputat sorğusu göndərə bilər, bu problemləri daim diqqətində saxlaya bilər.

Mən vəd verirəm ki, əgər mənə səsinizi versəniz, Milli Məclisdə Sabirabadın sözünü deməyə davam edəcəyəm.