MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Ombudsmanın illik hesabatına dair plenar iclasda çıxış

13:41 06.03.2024



 
Ombudsmanın illik hesabatının müzakirəsi zamanı qeyd etdim ki, Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə həyata keçirilən başçəkmələrin sayının ötən illə müqayisədə 70% artaraq 347-yə çatması ciddi nailiyyətdir.
 
Ancaq bu başçəkmələr zamanı müəyyən edilmiş çatışmamazlıqların aradan qaldırılması ilə bağlı Ombudsman institutu təsirli və çəkindirici hüquqi alətlərlə təmin edilməlidir. Eyni zamanda vətəndaşların informasiya əldə etmək hüququnun pozulması ilə bağlı inzibati cərimələrin hüquqi şəxslərə münasibətdə artırılmasına ehtiyac var.