MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qaragüney, Dadaşbəyli, Şıxsalahlı və Osmanlı kəndlərinin sakinləri ilə görüş keçirildi

11:01 26.08.2024




Təşviqatımız yüksək əhval ruhiyyə ilə davam edir. Sabirabad rayonunda növbəti görüşümüz Qaragüney, Dadaşbəyli, Şıxsalahlı və Osmanlı kəndlərinin sakinləri ilə keçirildi. Görüşlərimizdə səsləndirilən bütün məsələlər qeyd edilir.

Qeyd edim ki, namizədliyim irəli sürülmüş yeni dairədə Sabirabadın 46 kəndi və Şirvanın 2 qəsəbəsi var. Hər həftəsonu 1 kəndə getsəm, ancaq bu bir il edir. Ancaq bir gündə 2 kəndə gedə bilsəm, bir ildən bir qədər az edir. Ona görə də söz verdim ki, əgər mənə etimad görsətsələr, hər il hər kəndə gələcəm və çalışcağam ki, hər dəfə hər kəndin ən azı 1 problemini həllinə nail olum.