MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda 14 fevral tarixində pulsuz hüquqi yardım aksiyası keçirildi

18:00 14.02.2022



Dünən 14 fevral tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.

Görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
 
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Bəylər Məmişov, Elcan Həsənli və Sabirabadlıların dostu Araz müəllimə təşəkkür edirik.