SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad rayonunda 17 may tarixində pulsuz hüquqi yardım aksiyası keçirildi
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə “Pro Bono” Vəkil bürosunun vəkili Araz Həsənov və “Arbitrium” Vəkil bürosunun vəkili Nəsimi Cəfərov tərəfindən Sabirabad rayonunda vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi çərçivəsində vətəndaş qəbulu keçirilmişdir.
Görüşdə 29 vətəndaşın 32 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, “Arbitrium” Vəkil bürosunun müdiri Polad Mehdiyevə, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Araz Həsənov və Nəsimi Cəfərova xüsusi təşəkkür edirik.